...

Pakistan Prezidenti İrana səfər edəcək

Siyasət Materials 20 May 2009 10:50 (UTC +04:00)

Pakistan Prezidenti Asəf Əli Zərdari İran, Əfqanıstan və Pakistan prezidentlərinin sammitində iştirak etmək üçün Tehrana səfər edəcək. Bu barədə İRİNN xəbər kanalı məlumat yayıb.

"Pakistan Prezidenti mayın 24-də İrana səfər edəck. Prezident sammitdə iştirak edəcək və İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, sərhədlərdə təhlükəsizlik və xüsusilə "Sülh" qaz boru kəməri üzrə müqavilə məsələlərini müzakirə edəcək", - deyə Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Bəsit bildirib.

İran, Əfqanıstan və Pakistan prezidentlərinin sammitində üç ölkənin sərhəd və təhlükəsizlik məsələləri əsas müzakirə predmeti olacaq.

İran, Əfqanıstan və Pakistan prezidentlərinin sammiti mayın 19-da Tehranda keçirilməli idi, lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qaşqavi bazar ertəsi Tehrandakı mətbuat konfransında bildirmişdi ki, sammit təxirə salınıb.

Qaşqavinin sözlərinə görə, sammit Pakistan Prezidentinin iş qrafiki ilə əlaqədar olaraq təxirə salınıb. Ancaq o, bu sammitin yaxın gələcəkdə keçirilə biləcəyini istisna etməyib.

Xəbər lenti

Xəbər lenti