Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Bants Kraddokun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb, regional əməkdaşlıq və beynəlxalq məsələlər müzakirə edilib.