...

"Gürcüstan naminə alyans" dəmir yolu və hava limanındakı nümayişdə iştirak etməyəcək

Siyasət Materials 27 May 2009 15:09 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 may / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan naminə alyans" dəmir yolu və hava limanındakı nümayişdə iştirak etməyəcək. Bu haqda alyansın liderlərindən biri David Berdzenişvili məlumat verib.

Onun sözlərinə görə, bu səbəbdən respublikaçılar dünənki etiraz aksiyasında iştirak etməyiblər.

"Müxalifət müxtəlif subyektlərdən ibarətdir. Bu o deməkdir ki, elə məsələlər var ki, onlar üzrə biz tərəfdaşlarımızla əməkdaşlıq edəcəyik, elələri də var ki, müstəqil fəalliyət göstərəcəyik. Əsas odur ki, bu etiraz ruhunu bütün Gürcüstana yaya bilək. Bu yalnız etiraz aksiyası demək deyil. Burada həm də intellektual iş də nəzərdə tutulur", - Berdzenişvili bildirib.

Alyansın daha bir lideri David Qamkrelidzenin dəmir yolunun bağlanılması aksiyasında iştirakına gəlincə, o, orada "durumu sakitləşdirmək məqsədilə" olub.

"Gürcüstan naminə alyans"a respublikaçılar, "Yeni sağçılar" və İrakli Alasaniyanın komandası daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti