...

Çin Xalq Respublikasının Sədri Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edib

Siyasət Materials 27 May 2009 21:14 (UTC +04:00)

Çin Xalq Respublikasının Sədri Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Çin ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulduğu gündən ötən 17 ildə ikitərəfli münasibətlərin sağlam və sabit inkişafı müşahidə olunur. Ölkələrimiz arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, ticarət-iqtisadi, humanitar sahələrdə əməkdaşlıq və mübadilə durmadan dərinləşir, əlverişli əlaqələr dəstəklənir", - təbrik məktubunda deyilir.
"Çin tərəfi Azərbaycan tərəfi ilə birlikdə müxtəlif sahələrdə dostluq əlaqələrini gələcəkdə də davam etdirməyə, qarşılıqlı siyasi etimadı artırmağa, işgüzar əməkdaşlığı genişləndirməyə, Çin ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərini yeni mərhələyə yüksəltməyə hazırdır", - təbirkdə qeyd edilir.

Xəbər lenti

Xəbər lenti