...

Azərbaycanın Latviyadakı səfirliyi Respublika Günü münasibətilə mərasim keçirib

Siyasət Materials 29 May 2009 14:02 (UTC +04:00)
Azərbaycanın Latviyadakı səfirliyi Respublika Günü münasibətilə mərasim keçirib

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir C.Babayeva /  

Azərbaycanın Latviyadakı səfirliyi 28 may - Respublika Günü münasibətilə Riqanın mərkəzində yerləşən "Latviyalılar Cəmiyyəti Evi"ndə rəsmi qəbul mərasimi keçirib.  

Rəsmi qəbul mərasimində Latviya Prezidenti Administrasiyasının nümayəndələri, Parlamentin rəhbərləri və təmsilçiləri, ölkə hökuməti və ictimai dairələrinin nümayəndələri, Riqa Dumasının deputatları, eyni zamanda ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər, cümə günü Azərbaycanın Latviyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.

Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov çıxışında Azərbaycan-Latviya əlaqələrinin inkişaf dinamikası, əməkdaşlığın inkişafı istiqamətində əldə olunmuş nailiyyətlər barədə qonaqlara məlumat verib. Səfir Dağlıq Qarabağ münaqişəsində Latviya tərəfinin tutduğu mövqeyə və eyni zamanda verdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Rəsmi qəbul mərasimində bəstəkarlar Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirovun klassik əsərlərindən ibarət musiqi səsləndirilib, Azərbaycanı təbliğ edən video filmlər və slaydşou nümayiş etdirilib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti