Azərbaycan, Bakı, 29 may / Trend , müxbir Ü.Sadıxova /
Misirdə saxlanılan xarici tələbələr arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Trend -a Qahirədən telefonla Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov bildirib.
Cümə günü Misirin təhlükəsizlik qüvvələri Rusiyanın 34, həmçinin bir neçə Özbəkistan, Tacikistan, Fransa və Böyük Britaniya vətəndaşlarını saxlayıb.
Onların saxlanılmasına səbəb pasport-viza rejiminin yoxlanılması, yəni onların bu ölkədə hansı əsasla qalması olub. "Onların yaxınlarına bu səbəb gətirilib", - deyə RF-nin konsulluğundan bildiriblər.
"Qahirədən bildirildiyinə görə, hüquq-mühafizə orqanlarının məqsədi tələbələrin ölkədə yaşamasının qanuna uyğun olub-olmamasının yoxlanılmasıdır", - deyə Rusiyanın Xarici Siyasət İdarəsindən bildiriblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]