...

Moskva nüvə potensialının dünyadakı "səpələnməsi"ndən narahatdır - Rusiya Prezidenti

Siyasət Materials 5 İyun 2009 14:35 (UTC +04:00)
Moskva nüvə potensialının dünyadakı "səpələnməsi"ndən narahatdır - Rusiya Prezidenti

Rusiya Prezidenti Dmitri Medvedyev Moskvanın, nüvə potensialının dünyadakı "səpələnməsi"nə imkan verilməsinin tərəfdarı olmadığı barədə mövqeyini təsdiqləyib və bildirib ki, bu məsələni ABŞ Prezidenti Barak Obamanın iyulun əvvəlində Moskvaya səfəri zamanı keçiriləcək görüşlərdə müzakirə etmək fikrindədir, - РИА Новости yazır.

Mayın 25-də Şimali Koreya yeraltı nüvə sınaqları həyata keçirdiyini elan edib. Bu, dünya ictimaiyyətinin neqativ reaksiyasına səbəb olub.

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumundakı diskussiyalar zamanı çıxış edərkən Medvedyev xatırladıb ki, hazırda strateji hücum silahlanması üzrə müqavilələrin yeni çərçivələri üzərində iş gedir.

"Hazırda baş verənlər, yetərincə yaxşı təkandır", - o deyib.

"Mən bu sualı ABŞ Prezidenti ilə müzakirə etmək niyyətindəyəm və onu gözləyirəm", - Medvedyev qeyd edib.

Onun sözlərinə görə, "bizim hamımız üçün nüvə klubunun genişlənməməsi çox böyük əhəmiyyət daşıyır, çünki nüvə silahının nəzarətsiz səpələnməsi, təbii ki, bütün bəşəriyyət üçün təhlükədir".

Xəbər lenti

Xəbər lenti