Gürcüstan, Tbilisi, 09 iyun / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstanın xalq müdafiəçisi Sozar Subari İsveç ombudsmanının Stokholmda, 9-12 iyun aralığında baş tutacaq 9-cu beynəlxalq konfransında iştirak edəcək.
Gürcüstanın xalq müdafiəçisinin aparatından verilən məlumata görə, konfrans İsveçdə ombudsman institutunun 200 illiyinə həsr olunur.
Foruma hüquq-müdafiə təşkilatları və institutlarının nümayəndələri və ekspertlər dəvət olunub.
Subari iyunun 11-də sessiyada "Hüquq-mühafizə orqanları və hüquq çərçivələri" mövzusunda məruzə ilə çıxış edəcək və polisin işinin monitorinqi üzrə təcrübə və insan hüquqları pozulmasının prevensiyası haqda danışacaq.