...

Əməliyyatdan sonra İnquşetiya Prezidentinin vəziyyəti normallaşıb, həkimlər müsbət irəliləyiş gözləyir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 22 İyun 2009 11:00 (UTC +04:00)
Əməliyyatdan sonra İnquşetiya Prezidentinin vəziyyəti normallaşıb, həkimlər müsbət irəliləyiş gözləyir (ƏLAVƏ OLUNUB)

"İnquşetiya Prezidenti Yunus-Bek Yevkurov özünə gəlib və uğurlu əməliyyatdan sonra narkozun təsirindən ayılır. Vəziyyəti normallaşıb, həkimlər də, biz də müsbət dinamikanın olacağını gözləyirik", - İnquşetiya Prezidenti müşavirinin köməkçisi Musa Pliyev deyib. Bu barədə İTAR-TASS yazır.

"Ümid edirik ki, Yevkurov axşama yaxın Moskvada olacaq", - o, "Exo Moskvı" radiostansiyasına bildirib.

Eyni zamanda Pliyev qeyd edib ki, yaralı Yevkurovun Moskvaya aparılması haqqında qərar əsasən neyrocərrahlardan asılıdır. İcərisində tibb işçiləri briqadasının müşayiət etdiyi üç reanimobilin olduğu FHN-in təyyarəsi artıq Şimali Qafqaza gəlib.

"Hazırda əsas məsələ həkimlərin, xüsusilə də neyrocərrahları bu addıma müsbət rəy vermələridir. Həkimlərlə apardığımız danışıqlardan çıxış edərək hesab edirəm ki, bu məsələ günün sonuna qədər reallaşacaq. Məncə Yevkurov axşama yaxın Moskvada olacaq", - Pliyev bildirib.

"Həmçinin sui-qəsd zamanı yaralanmış İnquşetiya Prezidentinin qardaşı Uvays Yevkurovun da vəziyyəti sabitdir, həyati təhlükəsi yoxdur", - Rusiyanın "Vesti" informasiya kanalının efirində, prezidentin mətbuat katibi Kaloy Axilqov deyib. Uvays Yevkurovun kiçik kəllə-beyin travması var, amma huşu özündədir. Partlayış zamanı o, prezidentin yanında, eyni salonda, arxa oturacaqda olub", - Axilqov dəqiqləşdirib.

Xəbər lenti

Xəbər lenti