...

Hazırkı durumda Qəbələ RLS-dən birgə istifadə məsələsində irəliləyiş gözləmək olmaz – nazir müavini

Siyasət Materials 22 İyun 2009 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan Rusiya və ABŞ-ın Qəbələ RLS-dən birgə istifadəsində maraqlıdır. "Qəbələ RLS-dən birgə istifadə Azərbaycanın maraqlarına cavab verir. Ancaq bu yalnız maraqlardan yox, həm də siyasi konyuktura, taktiki durum və bugünkü faktorlardan asılıdır", - bazar ertəsi jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

O deyib ki, ola bilər ki, gələcəkdə kimsə bu məsələyə real gözlə baxsın. "Hazırkı durumda Qəbələ RLS-dən birgə istifadə məsələsində irəliləyiş gözləmək olmaz", - nazir müavini hesab edir.

"Maraqlar konkret vaxt çərçivəsində formalaşır. Azərbaycan həmişə ümumi məsələlərin ABŞ və Rusiya ilə birlikdə həllində prinsipial şəkildə maraqlıdır. Çünki bu, Azərbaycanın nüfuzunu qaldırır və birgə fəaliyyətdən müsbət nəticə əldə etmək imkanı verir", - Əzimov bildirib.

Azərbaycanın şimal-qərbində yerləşən Qəbələ RLS sovet dövründə SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi kimi tikilib. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya, Azərbaycanın daxili siyasi vəziyyətinə baxmayaraq, stansiyadan istifadəni davam etdirirdi.

RLS-in icarəyə verilməsi barəsində on illik müqavilə 2002-ci ildə imzalanıb. Qəbələ RLS haqqında məsələ dəfələrlə ölkədaxili siyasi debatların, Azərbaycan parlamentinin müzakirə predmeti olub. 2006-cı ilin əvvəlində Azərbaycan RLS-in illik icarə haqqının 7 mln. dollardan 14.4 mln. dollara qədər artırılması barədə məsələ qaldırıb.

Xəbər lenti

Xəbər lenti