...

Azərbaycan və Misir əməkdaşlığı genişləndirir

Siyasət Materials 23 İyun 2009 09:00 (UTC +04:00)
Azərbaycan və Misir əməkdaşlığı genişləndirir

Azərbaycan, Bakı, 22 iyun / Trend , müxbir Ü.Sadıxova /

Misir Prezidenti Hüsnü Mübarəkin Azərbaycana gözlənilən rəsmi səfəri zamanı ikitərəfli və regional əməkdaşlığın aktual məsələləri müzakirə olunacaq.

"Prezidentlər həmişə qarşılıqlı səfərlər edirlər və Misir Prezidenti Hüsnü Mübarəkin Azərbaycana səfəri də bu qəbildəndir", - bazar ertəsi Trend -a Azərbaycanın Misirdəki səfiri Faiq Bağırov deyib.

Səfərin dəqiq tarixi hələ məlum deyil, məsələ həll olunur.

Azərbaycan yaxşı siyasi münasibətlər və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin mövcud olduğu Misirlə əməkdaşlığa böyük əhəmiyyət verir. İki ölkə mədəni-humanitar, iqtisadi sahələrdə fəal əməkdaşlıq edir, özəl sektorda, sərmayələrin təşviqi, səhiyyə, təhsil, informasiya texnologiyaları və nəqliyyat sahələrində əlaqələrin inkişafına ehtiyac var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti