...

Strasburqda keçirilən xeyriyyə aksiyası Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək – millət vəkili

Siyasət Materials 23 İyun 2009 11:33 (UTC +04:00)
Strasburqda keçirilən xeyriyyə aksiyası Fransa-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək – millət vəkili

Fransa, Strasburq, 22 iyun / Trend , müxbir A.Məhərrəmli /

Azərbaycan parlamentinin millət vəkili, Heydər Əliyev Fondu departamentinin rəhbəri Qənirə Paşayeva hesab edir ki, bazar ertəsi Strasburqda keçirilən xeyriyyə aksiyası Fransa və Azərbaycan əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.

"Avropanın siyasi paytaxtı olan Strasburq şəhərində belə bir mərasimin təşkili çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu mərasim Fransa-Azərbaycan arasında bütün sahələrdə uğurla davam edən ikitərəfli münasibətlərin daha da dərinləşməsi istiqamətində atılan uğurlu bir addım olacaqdır", - deyə o bildirib.

Millət vəkili qeyd edib ki, Heydər Əliyev Fondunun təşkilatı dəstəyi ilə Strasburqda həmçinin Azərbaycanla bağlı bir sıra mədəni tədbirlər təşkil edilib. Həmin tədbirlər çərçivəsində Azərbaycan Uşaq Xoru və Uşaq Simfonik orkestri 2008-ci ildə 28 May - Respublika Günü münasibətilə Strasburq Kafedralında konserti proqramı ilə çıxış edib. Beləliklə, ilk dəfə olaraq müsəlman ölkəsinin nümayəndələri Strasburq Kafedral kilsəsində konsert vermişdir. Strasburq Kafedralında konsertin keçirilməsinə müstəsna hallarda icazə verilir.

Heydər Əliyev Fondunun fəaliyyəti haqqında məlumat verən millət vəkili qeyd edib ki, 2004-cü il mayın 10-dan fəaliyyətə başayan, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanın inkişafına xidmət edən və müxtəlif sahələri əhatə edən irimiqyaslı proqram və layihələr həyata keçirir, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Fondun dünyanın bir neçə ölkəsindəki nümayəndəlikləri uğurla fəaliyyət göstərir.

Millət vəkili bildirib ki, Mehriban xanım Əliyevanın qayğısı və təşəbbüsü ilə qadınların mədəniyyətlər və dinlərarası dialoqda rolunun artırılmasına dair Bakıda keçirilən beynəlxalq konfrans dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. Bugünkü mərasim də Fondun mədəniyyətlər və dinlərarası dialoqa verdiyi önəmin bariz nümunəsidir.

Heydər Əliyev Fondunun Azərbaycаnda da dini abidələrin bərpasına yardım etdiyini vurğulayan millət vəkili, fondun tarixi-dini, mədəni abidələrin qorunması və bərpasını həmişə diqqətdə saxladığını qeyd edib. Fondun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində də təmir-bərpa işləri aparılmış, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilmişdir.

"Fond təkcə İslam dininə aid tarixi-dini abidələrin bərpasına deyil, eləcə də digər dinlərə və mədəniyyətlərə məxsus abidələrin də bərpasına qayğı ilə yanaşır. Bunun əyani sübutu olan bu mərasim eyni zamanda, Azərbaycan xalqının yüzilliklər boyu formalaşmış tolerantlıq ənənəsinin yüksək səviyyədə olmasının göstəricisidir", - deyə Paşayeva əlavə edib.

Bazar ertəsi Strasburqda xeyriyyə aksiyası çərçivəsində Heydər Əliyev Fondunun Strasburq Kafedral kilsəsinin tarixi şüşələrinin bərpası üçün ayırdığı maliyyə yardımının rəsmi təqdimat mərasimi keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti