...

Yüksək rütbəli zabitlər həbs edilməyib, başqa vəzifəyə təyin olunublar – Azərbaycan Müdafiə Nazirliyi

Siyasət Materials 23 İyun 2009 12:13 (UTC +04:00)
Yüksək rütbəli zabitlər həbs edilməyib, başqa vəzifəyə təyin olunublar – Azərbaycan Müdafiə Nazirliyi

Azərbaycan, Bakı, 23 iyun / Trend , müxbir C.Babayeva /

Azərbaycan Müdafiə Nazirliyi Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabitinin istintaqa cəlb olunması haqqındakı məlumatı təkzib edib.

"Məlumatda adı sadalanan şəxslər başqa vəzifəyə təyin olunublar, onların həbsi barədə xəbər həqiqətə uyğun deyil", - deyə çərşənbə axşamı Trend -a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Azərbaycan KİV-i bazar ertəsi Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində (TTM) baş verən qanun pozuntuları ilə bağlı adıçəkilən hərbi hissənin bir qrup yüksək rütbəli zabitinin istintaqa cəlb olunması haqqında məlumat yayıb.

Məlumata əsasən, general-mayor Lənkəran Əliyev TTM rəisi vəzifəsindən çıxarıldıqdan sonra hərbi hissənin əksər xidmət sahələrində yoxlamalar başlanıb. 

Yoxlama nəticəsində TTM-də külli miqdarda yeyinti faktı müəyyənləşdirilib, Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi başlanılıb. TTM-in Avtomobil Xidməti rəisi, polkovnik-leytenant Arif Məmmədov, daxili əmrlə Mənzil İstismar Xidmətinin rəisini əvəzləyən, polkovnik-leytenant Elşən Abbasov, təlim transportyor bölüyünün komandiri, müddətdən artıq hərbi qulluqçuların bölük komandiri, kapitan Ramil Xammədov, yanacaq anbarının rəisi, baş gizir Fikrət Abbasov barəsində həbs-qətimkan tədbiri seçilib. 

KİV-in məlumatında deyilir ki, TTM-in Əşya Xidməti rəisi, mayor Nazim Həsənov və Maliyyə Xidməti rəisi, polkovnik-leytenant İntiqam Mövlanverdiyev isə istintaqa cəlb olunublar. Məlumatda o da bildirilir ki, general-mayor Lənkəran Əliyevin də cinayətlə bağlı ifadəsi alınıb, onun bu məsələlərlə bağlılığı araşdırılır. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti