...

Böyük Britaniya Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir - Avropa işləri üzrə nazir

Siyasət Materials 24 İyun 2009 14:32 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 iyun / Trend , müxbir N.Kirtsxaliya /

Böyük Britaniya birmənalı şəkildə Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir, bu barədə Gürcüstanın Baş naziri Giorgi Baranmidze ilə görüşdən sonra Böyük Britaniyanın Avropa İşləri üzrə naziri Qlenis Kinok bəyan edib.   

"Biz Gürcüstanın ərazi bütövlüyünü qorumaq məqsədilə bütün lazımı addımları atmağa hazırıq və bu mövqeyimizi beynəlxalq səviyyədə müdafiə edəcəyik", - deyə o bildirib.

Baramidze də öz növbəsində qeyd edib ki, görüş çərçivəsində Gürcüstanın deokkupasiyası və ölkənin daxili siyasəti üzrə məslələrin geniş dairəsi müzakirə olunub.

Kinok həmçinin Gürcüstandakı vəziyyətə də toxunaraq tərəfləri diloqa çağırıb. "Problemlər küçələrdə həll olunmur, tərəflər dioloqa getməlidirlər, bunun başqa alternetivi yoxdur", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti