...

İran basketbolçuları ABŞ komandasına məğlub olublar

Siyasət Materials 2 İyul 2009 13:37 (UTC +04:00)

İran basketbolçuları 19 yaşlılar arasında dünya çempionatı çərçivəsində iyulun 2-də Yeni Zelandiyanın Okland şəhərində start götürən beynəlxalq basketbol turnirində ABŞ komandasına məğlub olublar. Bu barədə İLNA xəbər agentiliyi məlumat yayıb.

Turnir 16 komandanın iştirakı ilə keçirilir. İran və ABŞ komandaları B qrupu çərçivəsində görüşub. İran komandası B qurupu çərçivəsində bundan sonra Fransa və Misir komandaları ilə görüşəcək.Turnir iyulun 12-də başa çataçacaq.

Trend -un arrayışı: Bundan əvvəl ABŞ Futbol Federasiyası İran Futbol Federasiyasına dəvət göndərərək iki ölkənin milli komandalarının dostluq görüşünün Tehranda keçirilməsini istəyib. Mayın əvvəllərində Amerika Futbol Federasiyası İran Milli Futbol Yığmasını ABŞ-a dəvət etmişdi. ABŞ və İran arasında diplomatik münasibətlər 1980-ci ildə ABŞ-ın Tehrandakı səfirliyinə hücumdan sonra pozulub. Hadisədən sonra səfirliyin 52 əməkdaşı 444 gün girovda saxlanılıb. Buna cavab olaraq ABŞ Prezidenti Cimmi Karter ölkənin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükə ilə bağlı fövqəladə vəziyyət elan edən 12170 nömrəli fərmana qol çəkib. Birləşmiş Ştatların yeni Obama administrasiyası Tehranla danışıqların mümkünlüyü barədə açıqlama verib.

Xəbər lenti

Xəbər lenti