...

Qazaxıstanda dörd Azərbaycan vətəndaşı həbs edilib

Siyasət Materials 8 İyul 2009 18:15 (UTC +04:00)

Qazaxıstanda Xəzər dənizindən qanunsuz nərə balığı ovlamaqda şübhəli bilinən dörd Azərbaycan vətəndaşı həbs olunub. Bu barədə Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidmətindən məlumat verilib.

"Dörd Azərbaycan vətəndaşı iyulun 7-də Tokmak burnu rayonunda "bayd" tipli üzmə vasitəsində MTK-nın sərhəd xidmətinin sahil mühafizəçiləri tərəfindən həbs olunub", - MTK-nın mətbuat xidmətinin məlumatında deyilir.

"Sərhədçilər həbs olunanlardan peyk əlaqəsi cihazları, nərə ovunda istifadəsi qadağan olunmuş "kallada" şəbəkəsi, hərəsi 200 litr tutuma malik üç qab, eləcə də "bayd"ların sərhədçilərdən çox rahat qaçdığı dörd "Yamaha" mühərriki aşkar ediblər", - məlumatda deyilir.

MTK-nın mətbuat xidmətindən bildirilib ki, hazırda tutulan vətəndaşların kimliyi və onların nə məqsədlə Qazaxıstanda olduqları araşdırlır.  

Xəbər lenti

Xəbər lenti