...

Rusiya, ABŞ və Fransa liderləri Dağlıq Qarabağa dair bəyanat qəbul edə bilərlər – RF Prezidentinin köməkçisi

Siyasət Materials 9 İyul 2009 10:49 (UTC +04:00)
Rusiya, ABŞ və Fransa liderləri Dağlıq Qarabağa dair bəyanat qəbul edə bilərlər – RF Prezidentinin köməkçisi

Rusiya, ABŞ və Fransa liderləri Akvildə "Böyük səkkizliyin" sammitində Dağlıq Qarabağa dair bəyanat qəbul edə bilərlər. Bu barədə RF Prezidentinin köməkçisi Arkadi Dvorkoviç jurnalistlərlə görüşündə bildirib, RİA Novosti yazır.

"Dağlıq Qarabağa dair bəyanat üzrə məsləhətləşmələr mövcuddur, razılıq var", - deyə Dvorkoviç bildirib.

"Biz düşünürük ki, belə bir bəyanat verilə bilər. Lakin o, "səkkizliyin" deyil, üçlüyün - Rusiya, Fransa və ABŞ-ın bəyanatı olacaq. Sammitdə bu kimi təcrübədən istifadə olunub", - deyə Prezident köməkçisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti