...

Ermənistan SQ-nin bölmələri növbəti dəfə atəşkəs rejimini pozublar

Siyasət Materials 13 İyul 2009 09:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul / Trend , A.Axundov/

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 12-də saat 11.10-dan 11.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən və saat 14.00-dan 14.15-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti