...

NATO İSAF-dakı əməyinə görə Azərbaycana təşəkkür edir

Siyasət Materials 16 İyul 2009 10:18 (UTC +04:00)
NATO İSAF-dakı əməyinə görə Azərbaycana təşəkkür edir

Brüssel, Belçika, 15 iyul / Trend , müxbir Tarek Mahmud /

NATO Azərbaycana Əfqanıstanda avqustun 20-də keçirilməsi planlaşdırılan prezident seçkilərindən əvvəl İSAF-dakı (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) əməyinə görə təşəkkür edir. Bunu Trend -a NATO-nun mətbuat katibi Ceyms Appaturay (James Appathurai) deyib.  
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun NATO Baş katibinin müavini Klaudio Bisonyero və Şimali Atlantika Əməkdaşlıq Şurasının nümayəndələri ilə görüşü müsbət xarakter daşıyıb.
Appaturay deyib ki, görüş zamanı əsas müzakirə mövzusu terrorizmlə mübarizə və regional təhlükəsizlik məsələləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsi olub.
O bildirib ki, NATO nümayəndələri Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həlli istiqamətindəki hər iki tərəf üçün münasib formada səylərindən razıdır və Moskvada keçiriləcək görüşün nəticələrinin də qənaətbəxş olacağına ümid edir.
Onun sözlərinə görə, Şimali Atlantika Əməkdaşlıq Şurası Azərbaycan hökumətinin müdafiə sahəsində işlahatlar keçirmək niyyətini dəstəkləyir və bu istiqamətdə Azərbaycana kömək etməyə hazır olduğunu təsdiqləyir.
Appaturay təsdiqləyib ki, ictimai diplomatiyanın NATO-nun Azərbaycanda mövcudluğunu daha aydın göstərmək cəhdləri çox uğurlu olub.

Xəbər lenti

Xəbər lenti