...

Azərbaycan-İsrail əlaqələrində qaranlıq məqamlar yoxdur – səfir

Siyasət Materials 23 İyul 2009 20:55 (UTC +04:00)
“İsrail Prezidenti Şimon Peresin Azərbaycana səfəri ikitərəfli münasibətlərin göstəricisidir. Ümid edirik ki, dövlət başçılarının apardığı danışıqlar müsbət nəticələr verəcək”, - səfir deyib.
Azərbaycan-İsrail əlaqələrində qaranlıq məqamlar yoxdur – səfir

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir Ü.Sadıxova /

Azərbaycan-İsrail əlaqələrində qaranlıq məqamlar yoxdur. Bu barədə cümə axşamı İsrailin Azərbaycandakı səfiri Artur Lenk deyib.

"İsrail Prezidenti Şimon Peresin Azərbaycana səfəri ikitərəfli münasibətlərin göstəricisidir. Ümid edirik ki, dövlət başçılarının apardığı danışıqlar müsbət nəticələr verəcək", - səfir deyib.

Lenk deyib ki, Azərbaycanla İsrail arasında siyasi və iqtisadi əlaqələr vacibdir, lakin insani münasibətlər də az rol oynamır. "İkitərəfli münasibətlərdə Azərbaycandakı yəhudi icması və İsraildəki Azərbaycan icması heç də az rol oynamır", - diplomat deyib.

Onun sözlərinə görə, hər iki ölkə iqtisadi baxımdan yüksək göstəricilərə malikdirlər. "Keçən il İsrail Azərbaycanın sayca üçüncü ticarət əməkdaşı olub", - Lenk deyib.

Bu həftə Artur Lenkin Azərbaycandakı fəaliyyəti başa çatır. Diplomat fəaliyyətini İsrailin Xarici İşlər Nazirliyində davam etdirəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti