...

Vaşinqtonun Tbilisi ilə hərbi əməkdaşlığı daha da dərinləşəcək - Gürcüstan səfiri

Siyasət Materials 24 İyul 2009 18:41 (UTC +04:00)
Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliyanın bəyanatına əsasən, "Gürcüstan siyasi planda NATO-nun kriteriyalarına əməl edir və ölkənin hərbi potensialının alyansın standartlarına uyğunlaşdırılması vacibdir ki, ABŞ bu məsələdə Gürcüstana kömək edir".
Vaşinqtonun Tbilisi ilə hərbi əməkdaşlığı daha da dərinləşəcək - Gürcüstan səfiri

Gürcüstan, Tbilisi, 24 iyul / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın ABŞ-dakı səfiri Batu Kuteliyanın bəyanatına əsasən, "Gürcüstan siyasi planda NATO-nun kriteriyalarına əməl edir və ölkənin hərbi potensialının alyansın standartlarına uyğunlaşdırılması vacibdir ki, ABŞ bu məsələdə Gürcüstana kömək edir".

"Gürcüstan-ABŞ tərəfdaşlığının əsas məqsədi NATO-nun bütün siyasi və hərbi kriteriyalarına əməl olunmasıdır. Bu, Baydenin səfərinin əsas mövzusu idi. Gözlənildiyi kimi bildirildi ki, Vaşinqtonun Gürcüstanla hərbi tərəfdaşlıq münasibətləri daha da dərinləşəcək", - Kuteliya jurnalistlərlə söhbət zamanı bildirib.

Məlum olduğu kimi, Baydenin səfərindən iki gün sonra ABŞ-ın dövlət departamentinin yüksək rütbəli məmuru Filip Krouli Vaşinqtonun Gürcüstanla hərbi əməkdaşlığın dərinləşdirilməsi və Gürcüstana NATO-nun silahlanma üzrə standartlarına çatmasında yardım göstərilməsi barədə bəyanat verib.

Gürcüstanın müdafiə naziri David Sixarulidze təsdiq edib ki, Gürcüstan və ABŞ arasında hərbi əməkdaşlıq uzun müddətdir qurulub, əməkdaşlığın dərinləşdirilməsi məqsədi ilə işçi qrupları yaradılıb. "Bu kimi əməkdaşlıq iki ölkə arasında qanuniləşdirilən, bizə NATO-ya daxil olmaqda kömək göstərəcək xartiyanı da nəzərdə tutur", - nazir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti