...

Gürcüstanda A/H1N1 virusuna yeni yoluxma halları aşkar edilib

Siyasət Materials 4 Avqust 2009 17:08 (UTC +04:00)
Avqustun 4-də Gürcüstanda A/H1N1 virusuna yoluxma üzrə iki yeni hal aşkar edilib. Bunlar ailənin əvvəlcədən yoluxmuş üzvləri ilə ünsiyyətdə olan 10 yaşlı yeniyetmə və Gürcüstana xaricdən gələn 58 yaşlı qadındır.
Gürcüstanda A/H1N1 virusuna yeni yoluxma halları aşkar edilib

Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirsxaliya /

Avqustun 4-də Gürcüstanda A/H1N1 virusuna yoluxma üzrə iki yeni hal aşkar edilib. Bunlar ailənin əvvəlcədən yoluxmuş üzvləri ilə ünsiyyətdə olan 10 yaşlı yeniyetmə və Gürcüstana xaricdən gələn 58 yaşlı qadındır.

Hər iki xəstənin vəziyyəti qənaətbəxşdir, onlar lazımı müalicə kursu keçir.

Virusa yoluxanlarla ünsiyyətdə olan şəxslər də müayinə edilib. Onların hamısı sağlamdır.

Bu günədək Gürcüstanda A/H1N1 virusuna yoluxma üzrə 12 hal aşkar olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti