...

Gürcüstan-Osetiya münaqişə zonasında qarşıdurmanın prevensiyası üzrə görüşlər bərpa olunub

Siyasət Materials 14 Avqust 2009 15:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan-Osetiya münaqişə zonasında Dvani kəndində bu gün qarşıdurmanın prevensiyası çərçivəsində beştərəfli görüş başlayıb. Trend -a Gürcüstan DİN-dən bildirildiyi kimi, Gürcüstan tərəfinə DİN-in analiz departamentinin başçısı Şota Utiaşvili başçılıq edir.

Görüş Cenevrə formatı çərçivəsində keçir. Görüşdə Gürcüstan, Rusiya, Sxinvali Administrasiyası, həmçinin BMT və ATƏT-in nümayəndələri iştirak edir.

Qeyd etmək lazımdır ki, münaqişənin prevensiyası üzrə Cenevrə formatındakı görüş, Sxinvali tərəfinin verdiyi ultimatumun səbəb olduğu müəyyən fasilədən sonra bərpa edilib. Osetiya tərəfi bütün osetinlərin Gürcüstan həbsxanalarından azad edilməsini tələb edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti