...

Bakı ilə Təl-Əviv arasında aviareyslərin davam etdirilməsi hər iki dövlətin maraq dairəsindədir – səfir

Siyasət Materials 17 Avqust 2009 15:50 (UTC +04:00)
Bakı ilə Təl-Əviv arasında aviareyslərin davam etdirilməsi hər iki dövlət üçün faydalıdır. Bura yalnız kommersiya maraqları daxil deyil. Bu barədə bazar ertəsi İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem deyib.
Bakı ilə Təl-Əviv arasında aviareyslərin davam etdirilməsi hər iki dövlətin maraq dairəsindədir – səfir

Azərbaycan, Bakı, 17 avqust / Trend , müxbir Y.Ostapenko /

Bakı ilə Təl-Əviv arasında aviareyslərin davam etdirilməsi hər iki dövlət üçün faydalıdır. Bura yalnız kommersiya maraqları daxil deyil. Bu barədə bazar ertəsi İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem deyib.

"Aviareyslərin davam etdirilməsində siyasi, iqtisadi və kommersiya maraqları var", - səfir deyib.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və İsrail tərəfi Bakı - Təl-Əviv marşrutu üzrə reyslərin davam etdirilməsinə dair danışıqlar aparırlar. AZAL-dan deyildiyi kimi, İsrailə reyslər cədvəldə oktyabrın 25-dək qalır.

İyulun 18-də Bakıda İsrailin Vətəndaş Aviasiyası İdarəsi, yerli və İsrail Təhlükəsizlik Xidməti, eləcə də Heydər Əliyev adına Beynəlxalq hava limanının idarə heyətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə "Arkia" şirkətinin reyslərinin təhlükəsizlik təminatı məsələsinə dair fikir ayrılıqları aydınlaşdırılıb. Vətəndaş Aviasiyası İdarəsinin direktror müavini Avi Ben-Hur Azərbaycan tərəfinin qəbul etdiyi təhlükəsizlik tədbirlərini "Arkia" təyyarələrinin Bakıda yerə enməsinə imkan vermədiyi üçün qeyri-qənaətbəxş hesab edib.

İsrail tərəfi Heydər Əliyev adına Beynəlxalq hava limanında xüsusi təyyarələrin təhlükəsizliyinin təmin olunmasını təklif edir.

16 il müddətində bu istiqamətdə yalnız "AZAL" QSC-nin təyyarələri uçur. Keçən il İsrailin "Arkia" aviaşirkəti Təl-Əviv - Bakı reysinin reallaşdırılması üçün lisenziya almışdı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti