...

Azərbaycan Prezidenti Malayziya və Qırğızıstan rəhbərlərini Müstəqillik günü münasibətilə təbrik edib

Siyasət Materials 29 Avqust 2009 12:25 (UTC +04:00)
Azərbaycan Prezidenti Malayziya və Qırğızıstan başçılarına möhkəm cansağlığı, işlərində uğurlar, dost xalqlara əmin-amanlıq və firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti Malayziya və Qırğızıstan rəhbərlərini Müstəqillik günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın ali başçısı Tuanku Mizan Zeynal Abidin İbni Əl-Mərhum Sultan Mahmud Əl-Müktəfi Billah Şahı və Qırğızıstan Prezidenti Kurmanbek Bakiyevi milli bayram - Müstəqillik günü münasibətilə təbrik edib, məlumatı şənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlət başçısı Malayziyanın ali başçısına ünvanladığı məktubda Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin hərtərəfli inkişafı yolunda qarşılıqlı səylərin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyinə əminliyini bildirib.

Qırğızıstan Prezidentinə ünvanladığı təbrik məktubunda Prezident Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin hər iki xalqın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə və genişlənəcəyinə əminliyini bildirib.

Azərbaycan Prezidenti Malayziya və Qırğızıstan başçılarına möhkəm cansağlığı, işlərində uğurlar, dost xalqlara əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti