...

GUAM Xarici İşlər Nazirləri Şurasının iclasının tarixi elan edilib

Siyasət Materials 16 Sentyabr 2009 13:01 (UTC +04:00)
GUAM XİN rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün sentyabrın 25-də Nyu-Yorkda görüşəcəklər. Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçiriləcək, Trend News-a təşkilatın katibliyindən məlumat verilib.
GUAM Xarici İşlər Nazirləri Şurasının iclasının tarixi elan edilib

Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir C.Babayeva /

GUAM XİN rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün sentyabrın 25-də Nyu-Yorkda görüşəcəklər. Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası Nyu-Yorkda BMT Baş Assambleyasının 64-cü sessiyası çərçivəsində keçiriləcək, Trend -a təşkilatın katibliyindən məlumat verilib.

Proqramın layihəsi və növbəti iclasın gündəliyi 10-11 sentyabrda Kiyevdə GUAM Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) 17-ci iclasında razılaşdırılıb.

Nyu-Yorkda həmçinin "GUAM-ABŞ", "GUAM-Yaponiya", "GUAM-Polşa" formatlarında görüşlər planlaşdırılıb.

İclaslarda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək, XİN-in mətbuat mərkəzindən məlumat verilib.

GUAM təşkilatı 1997-ci ildə Avropa İttifaqı dövlətləri rəhbərlərinin sammiti zamanı regional əməkdaşlıq üçün yaradılıb, lakin praktiki olaraq 2005-ci ilə qədər fəlaiyyət göstərməyib. Son üç ildə keçirilən sammitlərdə əsas məsələ regional münaqişələrin nizamlanması və enerji təhlükəsizliyinin təmin edilməsi üzrə səylərin koordinasiyası olub.

Xəbər lenti

Xəbər lenti