...

ABŞ dövlət katibinin sabiq müavini Azərbaycanda həyata keçirilən islahatları müsbət qiymətləndirib

Siyasət Materials 17 Sentyabr 2009 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva /

ABŞ dövlət katibinin sabiq müavini Riçard Armitac cümə axşamı Bakıda, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) tələbələri qarşısında çıxış edərək beynəlxalq məsələlərə dair fikirlərini bölüşüb.

"Qlobal çağırışlar və ABŞ-ın XXI əsrdə beynəlxalq münasibətlər sistemində rolu" mövzusunda "dairəvi masa"da iştirak edən Armitac geniş miqyaslı məsələlərə, həmçinin İraq və Əfqanıstanda davam edən müharibələr, qlobal maliyyə böhranı və onun ABŞ-ın qlobal maliyyə sistemindəki roluna təsiri, Çin-ABŞ münasibətləri, Qafqazda təhlükəsizliklə bağlı vəziyyət və Amerika-Azərbaycan münasibətlərinin inkişafı kimi məsələlərə toxunub, Trend -a ADA-dan bildirilib.

Armitac Azərbaycanda keçirilən islahatları müsbət qiymətləndirib.

ABŞ dövlət katibinin sabiq müavini Azərbaycana ADA-nın dəvəti ilə gəlib.

Azərbaycan Diplomatiya Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Armitaca 90-cı illərin əvvəlində Amerikanın keçmiş sovet respublikalarına yardım koordinatoru qismindəki roluna görə minnətdarlığını bildirib. "Cənab Armitac ABŞ-ın Xəzər regionunun vacibliyini anlayan və humanizm prinsiplərinə əsaslanan, Azərbaycandakı qaçqınlara və məcburi köçkünlərə yardım edən siyasi təşkilatında ilk şəxslərdən biri olub. O, etnik lobbi tərəfindən edilən təzyiqlərə baxmayaraq, bu təşəbbüslə çıxış edib, bunu isə Azərbaycan xalqı heç bir zaman unutmayacaq", - Paşayev qeyd edib.

Xəbər lenti

Xəbər lenti