...

Azərbaycan Prezidenti Çexiya Parlamenti Senatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 24 Sentyabr 2009 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Çexiya Parlamenti Senatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı Çexiya Respublikası Parlamenti Senatının sədri Prşemısl Sobotkanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Çexiya Parlamenti Senatının sədrinin böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən Prezident İlham Əliyev ölkəmizlə Çexiya Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib. Dövlət başçısı bu məsələlərin Çexiya Prezidenti və Baş naziri ilə keçirdiyi görüşlər zamanı da müzakirə olunduğunu deyib.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini vurğulayaraq, eyni zamanda "Şərq tərəfdaşlığı" Proqramında ölkəmizin iştirakının əhəmiyyətini də qeyd edib.

Dövlət başçısı Çexiya Respublikası Parlamenti Senatının sədrinin səfəri zamanı həm ikitərəfli, həm də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığına dair məsələlərlə bağlı məhsuldar müzakirələrin keçiriləcəyinə əmin olduğunu bildirib.

Prşemısl Sobotka Azərbaycanın Çexiya üçün strateji tərəfdaş ölkə olduğunu vurğulayıb. O, Çexiyanın region ölkələri ilə əlaqələrinin inkişafında Azərbaycanın mühüm rolunu qeyd edib. Ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa maraqlı olduğunu deyən qonaq, ikitərəfli münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti