...

Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır - İsveçrənin xarici işlər naziri

Siyasət Materials 25 Sentyabr 2009 11:17 (UTC +04:00)
Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır, bu barədə İsveçərinin xarici işlər naziri Mişlen Kalmi-Rey Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Nyu-Yorkda görüşü zamanı bildirib.
Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır - İsveçrənin xarici işlər naziri

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycan Avropanın enerji təchizatında mühüm rol oynayır, bu barədə İsveçərinin xarici işlər naziri Mişlen Kalmi-Rey Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Nyu-Yorkda görüşü zamanı bildirib.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı həmkarını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi barədə məlumatlandırıb və qeyd edib ki, bu problem həll olmadan regionda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil, Trend -a respublikanın XİN-dən bildirilib.

Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq və onun perspektivlərini müzakirə ediblər. Xarici işlər nazirlərinin görüşü BMT Baş Assambleyasının sessiyası çərçivəsində baş tutub.

Xəbər lenti

Xəbər lenti