...

Bu gün Gürcüstan Parlamentinin eks-spikeri Nino Burcanadzenin malikanəsi hərraca çıxarılacaq

Siyasət Materials 7 Oktyabr 2009 11:34 (UTC +04:00)
Bu gün Gürcüstan Maliyyə Nazirliyi Parlamentin eks-spikeri, "Demokratik hərəkat-vahid Gürcüstan" müxalifət partiyasının rəhbəri Nino Burcanadzeyə məxsus Tbilisi yaxınlığındakı Sneti qəsəbəsindəki malikanəni hərraca çıxaracaq.
Bu gün Gürcüstan Parlamentinin eks-spikeri Nino Burcanadzenin malikanəsi hərraca çıxarılacaq

Gürcüstan, Tbilisi, 07 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Bu gün Gürcüstan Maliyyə Nazirliyi Parlamentin eks-spikeri, "Demokratik hərəkat-vahid Gürcüstan" müxalifət partiyasının rəhbəri Nino Burcanadzeyə məxsus Tbilisi yaxınlığındakı Sneti qəsəbəsindəki malikanəni hərraca çıxaracaq.

Malikanənin başlanğıc qiyməti on bir milyon dörd yüz doxsan dörd min laridir (6.7 milyon dollar).

Malikanınin satılması barədə qərar 27 avqust tarixində Tbilisi şəhər məhkəməsi tərəfindən verilib.

Buna qədər isə məhkəmə Burcanadzeni Snetidəki malikanəsinə görə dövlətə bir milyon iki yüz əlli min lari vergi ödəməsini tələb edib. Bu malikanə ona 2008-ci ilin may ayında Prezident Mixail Saakaşvili tərəfindən simvolik qiymətlə bir lariyə verilib (0.6 dollar). Ancaq daha sonra maliyyə nəzarəti orqanları bu malikanə ilə maraqlanıblar, məhkəmə keçirilib və aydın olub ki, onun qiyməti on iki milyon laridir (təxminən 7 milyon dollar) və məhkəmə Maliyyə Nazirliyinin vergi müfəttişliyinin belə malikanəyə görə dövlətə bir milyon iki yüz əlli min lari vergi ödəməsi tələbini qanunauyğun hesab edib.

Burcanadze malikanənin qiymətini "şişirdilmiş" hesab edib və vergini ödəməkdən imtina edib.

Bununla əlaqədar avqustun 24-də vergi müfəttişliyi onun malikanəsinə həbs qoyub, avqustun 27-də isə məhkəmə nazirliyin onun satılması barədə olan ərizəsinə razılıq verib.

Xəbər lenti

Xəbər lenti