Qazaxıstan, Astana, 12 oktyabr / Trend K.Konırova/
Bu gün Qazaxstan XİN-in rəsmi nümayəndəsi Ercan Aşikbayevin verdiyi məlumata görə, 12-13 oktyabr tarixlərində müsəlman cəmiyyətləri ilə əməkdaşlıq üzrə ABŞ-ın xüsusi nümayəndəsi Fara Pandit bu ölkəyə səfər edəcək.
Aşikbayev bildirib ki, Fara Ənvər Pandit Qazaxıstanın müvafiq nazirlikləri ilə milli, dini, həmçinin müsəlman dünyası ilə münasibətlərin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]