...

İKT-nin Gənclər Forumu Cenevrədə Xocalı faciəsinə həsr olunan beynəlxalq konfrans təşkil edəcək

Siyasət Materials 2 Noyabr 2009 14:37 (UTC +04:00)
İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu dekabrın 10-da Cenevrədə Xocalı faciəsinə həsr olunan beynəlxalq konfrans təşkil edəcək, bu barədə jurnalistlərə bazar ertəsi forumun baş katibi Elşad İsgəndərov bildirib.
İKT-nin Gənclər Forumu Cenevrədə Xocalı faciəsinə həsr olunan beynəlxalq konfrans təşkil edəcək

Azərbaycan, Bakı, 02 noyabr / Trend New, müxbir M.Əliyev /

İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumu dekabrın 10-da Cenevrədə Xocalı faciəsinə həsr olunan beynəlxalq konfrans təşkil edəcək, bu barədə jurnalistlərə bazar ertəsi forumun baş katibi Elşad İsgəndərov bildirib.

Onun sözlərinə əsasən, tədbir İnsan hüquqlarının beynəlxalq müdafiə gününə həsr olunacaq. "Bundan başqa, Xocalı faciəsini əks etdirən kitabın beş ölkədə təqdimatı nəzərdə tutulub", - İKT-nin Gənclər Forumunun baş katibi bildirib.

İKT-nin Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də "Xocalıya ədalət" ("Justice for Khodjaly") adı altında beynəlxalq məlumat və təşviqat kampaniyası başlayıb.

İsgəndərovun sözlərinə əsasən, 25 ölkədə 125 min nəfər və 125 təşkilat öz imzaları ilə kampaniyaya qoşulmalarını təsdiqləyiblər.

"İlkin məqsədlərə nail olunduqdan sonra informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə kampaniyanın bundan sonra da genişləndirilməsi üçün xüsusi layihə hazırlanıb", - İKT-nin Gənclər Forumunun baş katibi bildirib.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndidə yerləşən 336-cı motoatıcı alayın iştirakı ilə silahsız və müdafiəsiz Xocalı şəhərinə hücum edib. Erməni silahlı qüvvələrinin dörd tərəfdən əhatəyə aldığı şəhərdə yanğınlar törədilib. Şəhərin müdafiəçiləri və yerli əhali alov içində olan şəhəri tərk etmək məcburiyyətində qalıb. Fevralın 26-da şəhər erməni işğalçıları tərəfindən zəbt olunub.

Xocalıda baş verən soyqırım nəticəsində 613 nəfər həlak olub, 487 nəfər əlil qalıb, 1275 dinc sakin ermənilər tərəfindən əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Səkkiz ailə tamamilə məhv edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti