Azərbaycan, Bakı, 06 noyabr / Trend , müxbir M.Əliyev/
Polşanın xarici işlər naziri Radoslav Sikorski Azərbaycana rəsmi səfərini təxirə salıb. Bu barədə cümə günü Azərbaycan XİN-nin mətbuat xidmətindən Trend -a məlumat verilib.
"Polşa xarici işlər nazirinin səfəri 10-11 noyabrda nəzərdə tutulmuşdu. Səfər Polşa tərəfinin xahişi ilə təxirə salınıb", - mətbuat mərkəzindən bildirilib.
Səfərin yeni vaxtı diplomatik yolla müəyyən olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]