...

MTN polkovniki Eldar Qasımovun həyatına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Siyasət Materials 8 Noyabr 2009 20:37 (UTC +04:00)
Bugün Tovuz şəhərinin Heydər Əliyev muzeyində Azərbaycan və keçmiş SSRİ məkanında çoxsaylı terror aktlarının və cinayətlərin açılmasında bilavasitə iştirak etmiş Milli Təhlükəsizlik nazirliyinin (MTN) polkovniki Eldar Qasım oğlu Qasımovun 70-illik yubileyi qeyd olunub.
MTN polkovniki Eldar Qasımovun həyatına həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib (FOTO)

Azərbaycan, Tovuz, 8 noyabr / Trend , V.Məmmədov /

Bugün Tovuz şəhərinin Heydər Əliyev muzeyində Azərbaycan və keçmiş SSRİ məkanında çoxsaylı terror aktlarının və cinayətlərin açılmasında bilavasitə iştirak etmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) polkovniki Eldar Qasım oğlu Qasımovun 70-illik yubileyi qeyd olunub.

Tədbirdə onun həyat yolunu və dostlarının onun haqqında xatirələrini əks etdirən "Peşəkar zabit, alicənab insan" adlı kitabın təqdimat mərasimi keçirilib. Kitabın tərtibatçısı filoloqiya elmləri namizədi Şərəf Cəlilli, redaktoru isə MTN veteranlar şurasının sədri general Maqsud Məmmədovdur.
 
Tədbirdə millət vəkili Qənirə Paşayeva, Tovuz ictimayyətinin nümayyəndələri və Eldar Qasımovun qohumları və dostları iştirak ediblər.

Giriş sözü ilə tədbiri millət vəkili Qənirə Paşayeva açıb. O, Eldar Qasımovun məğrur və cəsarətli insan olduğunu, çox şərəfli həyat yolu keçdiyini bildirib.

Tovuz rayonu İcra hakimiyyətinin başçısı Tofiq Zeynalov, şair Nəriman Həsənzadə və başqaları öz çıxışlarında Eldar Qasımov haqqında öz xatirələrini danışıb, onun həmişə Vətəninə, xalqına bağlı bir insan olduğunu bildiriblər.

Qeyd olunub ki, Tovuzda Eldar Qasımovun xatirəsini əbədiləşdirmək üçün bir küçəyə onun adı verilib.

Tədbirdə onun haqqında qısa bir film nümayiş etdirilib.

Sonda, Eldar Qasımovun həyat yoldaşı Ədibə Paşayeva çıxış edərək, hamıya təşəkkür edib.

Eldar Qasımov 1939-cı ildə Tovuzda anadan olub. Orta məktəbi Şəmkir rayonunda bitirib. BDU-in hüquq fakultəsinin məzunudur. Qarabağ və Əfqanıstan müharibələrində iştirak edib. Eldar Qasımov 2008-ci ilin 21 iyulunda dünyasın dəyişib.   

Xəbər lenti

Xəbər lenti