İran, Tehran, 15 noyabr / Trend , müxbir E.Hüseynov/
İran hökumətinin Azərbaycanla viza rejiminin birtərərli ləğvi barədə qərarının nə zaman qüvvəyə minəcəyi hələ ki, məlum deyil, Trend -a bazar günü verdiyi müsahibəsində İranın xarici işlər naziri Manuçöhr Müttəki bildirib.
"Azərbaycan ilə viza rejiminin ləğvi müddətini hələ ki, demək qeyri-mümkündür, belə ki bu məsələnin hökumətdə razılaşdırılması davam edir", - Müttəki bildirib.
Noyabrın 11-də İranın Nazirlər Kabineti Azərbaycan ilə viza rejiminin birtərəfli ləğvi barədə qərar qəbul edib.
Müvafiq təklif İran XİN-ə preizdentin birinci müavini Məhəmməd Rza Rəhimi tərəfindən verilib. Oktyabrın sonunda xarici işlər naziri Müttəki hökumətə Azərbaycan ilə viza rejiminin ləğvi barədə layihə təqdim edib.