Azərbaycan, Bakı, 20 noyabr / Trend /
Noyabrın 23-26-da Avropa Şurası Nazirlər Komitəsinin "Aqo" Monitorinq Qrupu Azərbaycana gələcək, bu barədə AŞ-nın məlumatında bildirilib.
Səfərdə əsas məqsəd Azərbaycanın AŞ qarşısında götürdüyü öhdəliklərin icrası ilə əlaqədar vəziyyətin qiymətləndirilməsidir.
Səfər çərçivəsində qrup üzvlərinin Prezident İlham Əliyevlə, Milli Məclisin sədri Oqtay Əsədovla, Ədliyyə Nazirliyi, XİN, DİN, Ali Məhkəmə, MSK rəhbərləri, qabaqcıl müxalifət partiyalarının rəhbərləri, qeyri-hökümət təşkilatları və KİV nümayəndələri, həmçinin AŞ-ya üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşləri gözlənilir.