...

Fransalı səfir Türkmənistanda missiyasını başa çatdırıb

Siyasət Materials 24 Noyabr 2009 16:55 (UTC +04:00)
Bir gün əvvəl Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul olunmuş Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kristian Leşervi Türkmənistanda diplomatik missiyasını başa çatdırıb.
Fransalı səfir Türkmənistanda missiyasını başa çatdırıb

Türkmənistan, Aşqabad, 24 noyabr / Trend , müxbir H.Həsənov/

Bir gün əvvəl Prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul olunmuş Fransa Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kristian Leşervi Türkmənistanda diplomatik missiyasını başa çatdırıb.

"Fransa etibarlı və son dərəcə perspektivli tərəfdaş gördüyü Türkmənistanla konstruktiv qarşılıqlı əlaqənin genişlənməsində çox maraqlıdır", - diplomat deyib.

"Türkmənistan da həmçinin Fransa ilə ənənəvi və xeyirli əməkdaşlığın artırılmasında maraqlıdır və onu ikitətərəfli formatda olduğu kimi, həm də Fransa Respublikasının aparıcı mövqelərdən birini tutduğu Avropa İttifaqı ilə dialoqlar çərçivəsində inkişaf etdirmək niyyətindədir", - Berdiməhəmmədov bildirib. Məlumatı "Altın Asır" milli telekanalı yayıb.

Leşervi qeyd edib ki, ən iri Fransa şirkətləri Türkmənistan bazarında öz iştiraklarını genişləndirməyə çalışırlar.

Xəbər lenti

Xəbər lenti