...

İran narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı Azərbaycanla birgə mübarizə aparmağa hazırdır - iranlı general Hüseyn Zülfüqari

Siyasət Materials 26 Noyabr 2009 13:02 (UTC +04:00)
"Biz Azərbaycan tərəfinə narkotiklərlə mübarizədə var gücümüzlə mübarizə aparmaq üçün hazır olduğumu bildirmişik, lakin bununla paralel Azərbaycanın özü də nəzarət işlərini gücləndirməlidir. İran və Azərbaycan marşrutu üzrə narkotik maddələr transfer edənlər tanınmalı və iki ölkə narkotik maddələrlə mübarizə aparmaq üçün birgə əməkdaşlıq etməlidir".
İran narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı Azərbaycanla birgə mübarizə aparmağa hazırdır - iranlı general Hüseyn Zülfüqari

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir T.Cəfərov/

İran narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı Azərbaycanla birgə mübarizə aparmağa hazırdır.

"Biz Azərbaycan tərəfinə narkotiklərlə mübarizədə var gücümüzlə mübarizə aparmaq üçün hazır olduğumu bildirmişik, lakin bununla paralel Azərbaycanın özü də nəzarət işlərini gücləndirməlidir. İran və Azərbaycan marşrutu üzrə narkotik maddələr transfer edənlər tanınmalı və iki ölkə narkotik maddələrlə mübarizə aparmaq üçün birgə əməkdaşlıq etməlidir", - cümə axşamı Bakıda Trend -a İran İslam Respublikasının Sərhəd Polisi komandanı, general-mayor Hüseyn Zülfüqari bildirib.

Trend -un arayışı: Azərbaycanda 128 İran vətəndaşı cəza çəkir. Onların 100 yaxını narkotik cinayətlərə görə tutulublar.

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı zərərsizləşdirilən dəstələrin əksəriyyəti İran-Azərbaycan və Rusiya-Azərbaycan marşrutu ilə bağlı olub.

Zülfüqarının sözlərinə görə, İran narkotik maddələrdən ən ağır ziyan görən ölkədir.

"Ona görə ki, narkotik maddələr İranın şərq sərhədlərinin yanında yetişdirilir. Biz hazırda ildə 500 ton narkotik maddə müsadirə edirik. Ölkənin şərq sərhədlərinin istehkamlaşdırılmasını həyata keçirmişik. Sərhəddə qaçaqçılarla silahlı toqquşmalarımız olur. Ötən illər ərzində xeyli sayda mütəşəkkil cinayət dəstələri zərərsizləşdirilib. Biz narkotik maddələrlə mübarizədə 4 mindən artıq şəhid vermişik", - Zülfüqarı əlavə edib.

Onun fikrincə, dünyada İran İslam Respublikası kimi narkotik maddələrlə mübarizəyə daha çox sərmayə yatıran və mübarizə aparan ölkə yoxdur.

"Bəlkə də İranla həmsərhəd olan ölkələr bir az şanslıdırlar ki, narkotik maddələrə qarşı bizim qədər mübarizə aparan bir dövlətlə həmsərhəddirlər. Bununla yanaşı, İran ərazisindən narkotik maddələrin bir hissəsinin Avropaya, Azərbaycana və ya digər bir ölkəyə keçməsi ehtimalı da var. Bu da təbiidir. Narkotkilərin transferi müxtəlif yollarla aparılır", - o deyib.

Zülfüqarı hesab edir ki, ilk növbədə "böyük güclər" Əfqanıstan və digər regionlarda əkilən narkotik maddələrin əvəzinə, digər məhsulların əkilməsində maraqlı olmalıdırlar.

"Onlar həqiqətən narkotiklərlə mübarizə aparmaq istəyirlərsə, həmin regonlarda narkotik maddələrin əkilməsinin qarşısı alınmaldır. Belə olmazsa, bu problem hamı üçün yaşanacaq. Narkotiklərlə mübarizədə cinayətkarların qarşısını almaq məqsədi ilə qonşu ölkələr arasında informasiya mübadiləsi aparılmalıdır", - iranlı general bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti