...

Azərbaycan Parlamentinin deputatları ABŞ-a gedəcək

Siyasət Materials 3 Dekabr 2009 17:17 (UTC +04:00)
"Açıq Dünya Təşkilatının xətti ilə yanvar ayında həyata keçiriləcək səfər zamanı Konqresdə, Senatda və digər qurumlarda görüşlərimiz nəzərdə tutulur", - cümə axşamı Trend News-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Azərbaycan Parlamentinin deputatları ABŞ-a gedəcək

Azərbaycan, Bakı, 03 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları ABŞ-a gedəcək.

"Açıq Dünya Təşkilatının xətti ilə yanvar ayında həyata keçiriləcək səfər zamanı Konqresdə, Senatda və digər qurumlarda görüşlərimiz nəzərdə tutulur", - cümə axşamı Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Orucun sözlərinə görə, on gün davam edəcək səfər zamanı ABŞ-ın media qurumları, qeyri-hökumət təşkilatları və lobbi mərkəzlərində də bir sıra məsələlərin müzakirəsi gözlənilir. "Millət vəkilləri Qənirə Paşayeva, Gülər Əhmədova, İqbal Ağazadə və mənim də daxil olacağım nümayəndə heyəti hər bir görüşdə Azərbaycanın problemlərindən, iki ölkənin əlaqələrindən danışacaq. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı ABŞ hökumətinin, bu ölkənin qeyri-hökumət təşkilatlarının mövqeyini bir daha öyrənəcəyik", - millət vəkili əlavə edib.

Onun fikrincə, regiondakı geosiyasi proseslər də diqqət mərkəzində olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti