...

Tbilisidə xarici diplomatların iştirakı ilə hökumətin Abxaziya və Cənubi Asetiyaya dair strategiyası müzakirə olunacaq

Siyasət Materials 11 Dekabr 2009 14:32 (UTC +04:00)
Abxaziya və Cənubi Asetiya ərazilərinə dair Gürcüstan hökumətinin strategiya layihəsinin növbəti müzakirəsi dekabrın 11-i baş tutacaq.
Tbilisidə xarici diplomatların iştirakı ilə hökumətin Abxaziya və Cənubi Asetiyaya dair  strategiyası müzakirə olunacaq

Gürcüstan, Tbilisi, 11 dekabr / Trend , müxbir N. Kirtsxalia/

Abxaziya və Cənubi Asetiya ərazilərinə dair Gürcüstan hökumətinin strategiya layihəsinin növbəti müzakirəsi dekabrın 11-i baş tutacaq.

Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Teymur Yakobaşvilinin dediyi kimi, strategiya layihəsinin müzakirəsində Avropa İttifaqı və Avropa Şurası ölkələrinin nümayəndələri iştirak edəcəklər.

Dövlət nazirinin sözlərinə görə, çərşənbə günü ilk görüşdə strategiyanın müxtəlif məsələləri müzakirə edilib.

Hökumət strategiya üzərində bir neçə ay bundan əvvəl işləməyə başlayıb. Strategiya gürcü hökuməti ilə Abxaziya və Cənibi Asetiya əhalisinin münasibətlərini, onların təhsil məsələlərini, mədəniyyətin və milli diplomatiyanın inkişafını nəzərdə tutur.

Strategiyanın son variantı ilin axrına hazır olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti