...

Avropa Xalq Partiyası Azərbaycanın hakim partiyası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir – Milli Məclisin deputatı

Siyasət Materials 15 Dekabr 2009 16:49 (UTC +04:00)
Prezident Vilfred Martensin başçılığı ilə Avropa Xalq Partiyasının (AXP) Araşdırmalar Qrupu "Yeni Azərbaycan Partiyası"nın (YAP) AXP-də iştirak etməsi ilə əlaqədar yaxın zamanlarda Bakıya səfər etmək niyyətindədir. Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Asəf Hacıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibədə bildirib.
Avropa Xalq Partiyası Azərbaycanın hakim partiyası ilə əməkdaşlığı genişləndirmək niyyətindədir – Milli Məclisin deputatı

Azzərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir M.Əliyev/

Prezident Vilfred Martensin başçılığı ilə Avropa Xalq Partiyasının (AXP) Araşdırmalar Qrupu "Yeni Azərbaycan Partiyası"nın (YAP) AXP-də iştirak etməsi ilə əlaqədar yaxın zamanlarda Bakıya səfər etmək niyyətindədir. Bu barədə Azərbaycan Milli Məclisinin deputatı Asəf Hacıyev hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, AXP rəhbərliyinin Bakıya səfərinin məqsədi Azərbaycan həqiqətləri və mövcud siyasi şəraitlə tanış olmaqdır.

"Dekabrın 8-də Bonn şəhərində keçirilən qurultaya qədər YAP nümayəndə heyəti və həmçinin Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov prezident, prezident kabinetinin rəhbəri və AXP-nin digər vəzifəli rəhbərləri ilə partiyalar arasındakı əlaqələrin səviyyəsini, perspektivləri və Cənubi Qafqazda mövcud siyasi vəziyyəti müzakirə edib", - Hacıyev deyib.

Deputat deyib ki, əməkdaşlığın müəyyən mərhələsindən sonra YAP-ın AXP-yə müşahidəçi statusunda üzvlüyü məsələsi nəzərdə keçiriləcək. AXP-yə yalnız Aİ nümayəndələri daxil ola bilərlər, Aİ-yə daxil olmayanlar isə müşahidəçi statusuna malik ola bilər.

"YAP-ın AXP-də nümayəndəliyi beynəlxalq münasibətlərin inkişafı üçün şərait yaradacaq və YAP-ın fəaliyyəti haqqında Avropaya geniş məlumat verəcək", - Hacıyev qeyd edib.

Avropa Xalq Partiyası Avropanın ən iri partiyasıdır və bu partiyaya Avropanın 39 ölkəsindən 74 sağ mərkəzçi partiya daxildir. Partiyada 18 dövlət başçısı təmsil olunub. Avropa Parlamentində isə partiya 250 deputatla təmsil olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti