...

Türkiyə-Ermənistan protokolları Azərbaycanın maraqlarına cavab vermir - müxalifət partiyasının lideri

Siyasət Materials 19 Dekabr 2009 14:12 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının lideri Etibar Məmmədov hesab edir ki, Türkiyə-Ermənistan protokollarının imzalanması Azərbaycanın maraqlarına cavab vermir.
Türkiyə-Ermənistan protokolları Azərbaycanın maraqlarına cavab vermir - müxalifət partiyasının lideri

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Azərbaycanın müxalifət partiyasının lideri Etibar Məmmədov hesab edir ki, Türkiyə-Ermənistan protokollarının imzalanması Azərbaycanın maraqlarına cavab vermir.

Azərbaycan dünyanın yeni siyasi sistemində açar rollarından birini oynamalıdır, Azərbaycanın Milli İstiqlal Partiyasının (AMİP) lideri Məmmədov şənbə günü jurnalistlərlə görüşündə deyib.

"Rəhbərliyin siyasi kursundan asılı olmayaraq, Azərbaycan və Türkiyə biri-birinə həmişə dəstək olmalıdır", - Məmmədov əlavə edib.

Oktyabrın 10-da Ermənistan və Türkiyənin xarici işlər nazirləri Sürixdə Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasına dair protokollar imzalayıblar. İki ölkə arasındakı diplomatik münasıbətlər 1993-cü ildən kəsilib.

Əlaqələrin kəsilməsinə və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədlərinin bağlanmasına səbəb Yerevanın tanınmamış "erməni soyqırımı"nın tanınması iddiası, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi və Ermənistan tərəfinin Türkiyənin Anadolu hissəsinə olan ərazi iddiası ilə əlaqədar antitürk kampaniyasını genişləndirməsi olub.

Xəbər lenti

Xəbər lenti