...

Azərbaycan Mətbuat Şurasına jurnalistlərin peşə fəaliyyətinə maneələrin törədilməsi ilə bağlı məlumat daxil olmayıb

Siyasət Materials 23 Dekabr 2009 15:57 (UTC +04:00)
Şuradan Trend News-a verilən məlumata görə, MŞ-nin paytaxtda və bölgələrdə seçkinin gedişini izləyən monitorinq qrupunun üzvləri də kütləvi informasiya vasitələri təmsilçilərinə münasibətdə hər hansı xoşagəlməz olayın yaşanması ilə bağlı fakt aşkarlamayıblar.
Azərbaycan Mətbuat Şurasına jurnalistlərin peşə fəaliyyətinə maneələrin törədilməsi ilə bağlı məlumat daxil olmayıb

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Mətbuat Şurasının "qaynar xətt"inə bələdiyyə seçkisini işıqlandıran jurnalistlərin peşə fəaliyyətinə maneələrin törədilməsi ilə bağlı saat 15.00-dək məlumat daxil olmayıb.

Şuradan Trend -a verilən məlumata görə, MŞ-nin paytaxtda və bölgələrdə seçkinin gedişini izləyən monitorinq qrupunun üzvləri də kütləvi informasiya vasitələri təmsilçilərinə münasibətdə hər hansı xoşagəlməz olayın yaşanması ilə bağlı fakt aşkarlamayıblar. Qrupun üzvləri paytaxtda və müxtəlif bölgələrdəki dairə və məntəqə seçki komissiyalarına baş çəkməklə yanaşı, orada seçki prosesini izləyən jurnalistlərə yaradılan şəraitlə də tanış olublar.

MŞ-nin bələdiyyə seçkisi ilə əlaqədar yaratdığı "qaynar xətt" rejimi bu gün saat 8.00-dan axşam saat 19.00-dək fəaliyyətdə olacaq. Bu müddət ərzində Şuranın (012) 561 82 46 və (012) 561 80 37 saylı telefon nömrələri jurnalistlərdən gələn zəngləri qəbul edir. Seçkini işıqlandıran KİV təmsilçiləri həmin nömrələrə zəng vuraraq peşə fəaliyyətlərinə mümkün maneələr barədə məlumat verə bilər.

Çərşənbə günü saat 08.00-da ölkənin bütün seçki məntəqələrində səsvermə başlayıb.

Ölkənin 1718 bələdiyyəsinə 15 682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 31 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 16 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Xəbər lenti

Xəbər lenti