...

İsrailin siyasəti Azərbaycanla əlaqələrin möhkəmlənməsinə yönəlib - "İsrail-Azərbaycan" parlamentlərarası assosiasiyasının rəhbəri

Siyasət Materials 15 Yanvar 2010 16:04 (UTC +04:00)
Bu gün İsrailin siyasəti Azərbaycan və Mərkəzi Asiya regionu ilə əlaqələrin möhkəmlənməsinə yönəlib. İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya gözlənilən səfərində məqsəd yüksək sürətlə inkişaf edən iqtisadi və siyasi əlaqələrin yaxşılaşdırılmasıdır.
İsrailin siyasəti Azərbaycanla əlaqələrin möhkəmlənməsinə yönəlib - "İsrail-Azərbaycan" parlamentlərarası assosiasiyasının rəhbəri

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir Ü.Sadıxova/

Bu gün İsrailin siyasəti Azərbaycan və Mərkəzi Asiya regionu ilə əlaqələrin möhkəmlənməsinə yönəlib. İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya gözlənilən səfərində məqsəd yüksək sürətlə inkişaf edən iqtisadi və siyasi əlaqələrin yaxşılaşdırılmasıdır. Bunu "İsrail-Azərbaycan" parlamentlərarası assosiasiyasının rəhbəri Robert İlatov deyib.

"Bizim vəzifəmiz İsrail və Azərbaycan arasındakı əlaqələri həm iqtisadi, həm də siyasi sahələrdə genişləndirməkdir. İsrail XİN-in siyasəti bu gün Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türknənistanla əlaqələrin inkişafına yönəlib. Bu regionlarla əlaqələrin inkişafı İsrailin gündəliyində duran məsələlərdəndir", - Knessetdə "İsrail - Bizim Evimiz" partiyasının fraksiyasına başçılıq edən İlatov telefonla Trend -a deyib.

"İsrailin xarici işlər naziri və "İsrail - Bizim Evimiz" partiyasının rəhbəri Libermanın fevralın 9-da Bakıya səfəri gözlənilir", - İsrailin Bakıdakı səfirliyindən Trend -a məlumat verilib.

Səfər proqramı hələlik təsdiq edilməyib.

Liberman, 2009-cu ilin iyununda Bakıya səfər edən Prezident Şimon Peresdən sonra Azərbaycana gələcək İsrailin ikinci yüksəkvəzifəli nümayəndəsi olacaq.

İsrailin xarici işlər naziri əvvəllər Azərbaycana Ehud Elmart hökumətinin Baş naziri kimi səfər etmişdi.

İlatovun sözlərinə görə, İsrailin ölkələr arasındakı mal dövriyyəsi həcminin artmasına və iqtisadi əməkdaşlığın genişlənməsinə marağını nəzərə alaraq, Libermanın səfəri çərçivəsində yəqin ki, hökumətlərarası iqtisadi komissiyanın yaradılması müzakirə ediləcək. Bu komissiyanın yaradılması neft sənayesi və energetika sahəsində əlaqələri möhkəmlətməyə kömək edəcək. Onun sözlərinə görə, İsrail Azərbaycana bəzi məsələlərdə - su ehtiyatlarından istifadə, su təsərrüfatının tətbiqi və sənayenin texniki modernləşdirilməsində də kömək edə bilər.

"Bzim əsas məqsədimiz - iqtisadi əlaqələrin inkişafı və mal dövriyyəsinin artımıdır, - İlatov deyib. - İsrailin Azərbaycana kömək edə biləcəyi bir çox sahələr var. Mən düşünürəm ki, Liberman səfəri zamanı məhz bu məsələləri müzakirə edəcək".

Xəbər lenti

Xəbər lenti