...

İKT Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyəcək - baş katib

Siyasət Materials 28 Yanvar 2010 15:51 (UTC +04:00)
İslam Konfransı Təşkilatı (İKT) Dağlıq Qarabağ münaqişəsinin həllində və Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymasında Bakıya dəstək göstərən ən açıq və ən təsirli strukturdur. Bunu İKT-nın baş katibi Ekmeleddin İhsanoğlu Trend News-a deyib.
İKT Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyəcək - baş katib

Türkiyə, İstanbul, 28 yanvar / Trend , müxbir H.Altınalan/

İslam Konfransı Təşkilatı (İKT) Dağlıq Qarabağ münaqişəsinin həllində və Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymasında Bakıya dəstək göstərən ən açıq və ən təsirli strukturdur. Bunu İKT-nın baş katibi Ekmeleddin İhsanoğlu Trend -a deyib.

"Bizim mövqeyimiz qətidir. Biz hər zaman beynəlxalq qərarları Azərbaycanın xeyrinə dəstəkləyəcəyik, - İhsanoğlu deyib. - Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstək göstərməyə davam edəcəyik".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib

57 ölkəni birləşdirən İKT ən böyük İslam təşkilatı, həmçinin BMT-dən sonra ikinci ən böyük təşkilatdır.

Azərbaycan 1992-ci ildən etibarən təşkilatın üzvüdür.

Xəbər lenti

Xəbər lenti