Gürcüstan, Tbilisi, 11 fevral / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanda H1N1 virusundan daha bir ölüm halı qeydə alınıb.
Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzindən Trend -a bildirildiyi kimi, çərşənbə günü Kutaisidə tibb mərkəzində 70 yaşlı qadın vəfat edib. Virus artıq laborator analizlərlə təsdiq edilib.
Pasiyentin səhhətində qriplə yanaşı digər problemlər də olub. O, hələ yanvar ayından xəstəxanaya yerləşdirilib və bu vaxta qədər vəziyyəti ağır olub.
Hazırda Gürcüstanda qripdən 30 ölümlə nəticələnmə halı və 1276 virusa yoluxma halı qeydə alınıb.
Virusun aktivləşməsinin ikinci dalğasını tibb işçiləri fevralın ikinci yarısında gözləyirlər.