...

Azərbaycanda dünyanın bir çox nöqtələrində nümunə ola biləcək unikal model mövcuddur – İsrailin XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Fevral 2010 19:01 (UTC +04:00)
İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya ilk rəsmi səfərinin yekununa dair Azərbaycanın bir sıra KİV-nə verdiyi müsahibə
Azərbaycanda dünyanın bir çox nöqtələrində nümunə ola biləcək unikal model mövcuddur – İsrailin XİN rəhbəri (ƏLAVƏ OLUNUB)

RED. əlav.: müsahibənin tam mətni təqdim edilib

Azərbaycan, Bakı, 11 fevral / Trend , müxbir Ü.Sadıxova/

İsrailin xarici işlər naziri Aviqdor Libermanın Bakıya ilk rəsmi səfərinin yekununa dair Azərbaycanın bir sıra KİV-nə verdiyi müsahibə

- Siz Azərbaycana səfərinizin yekununu necə qiymətləndirirsiniz?

- Çox dinamik inkişaf edən iki dövlət arasında çox yaxşı münasibətlər mövcuddur. Bu cür müsbət dinamika sözsüz ki, bizim ikitərəfli əlaqələrimizin dönüş nöqtəsidir - bu, Prezident Şimon Peresin səfəri və Prezident İlham Əliyevlə görüşüdür.

Bizim əlaqələrimiz hər üç müstəvidə - siyasi, iqtisadi və mədəni baxımdan çox yaxşı inkişaf edir. Yüksək siyasi səviyyədə görüş, iqtisadiyyat, ümumi əmtəə dövriyyəsi və iki ölkənin ticarət həcmi - hər şey paralel inkişaf edir və hər şey çox uğurludur.

Ola bilsin ki, iki səciyyəvi amil mövcuddur: İsraildə Azərbaycandan gələn, bizim cəmiyyətimizə uyğunlaşmış böyük və çox uğurlu daspor - Yosef Şaqal, Aleks Veksler və Roma Peres var. Onlar başçılıq etdiyim nümayəndə heyətinə daxildirlər. Bu cür diasporun mövcudluğu yaxınlaşmaya kömək edir və insan diplomatiyası bizim ikitərəfli münasibətlərimizə müsbət impuls verir. Biz həmçinin Azərbaycanın yəhudi azlıqlarına qarşı çox tolerant və ənənəvi yaxşı münasibətini qiymətləndiririk. Yəhudi icmalarının rəhbərləri dəfələrlə vurğulayıblar ki, onlar özlərini çox inamlı, rahat və tam təhlükəsiz hiss edirlər. Azərbaycanda mövcud olan adət-ənənə, tolerantlıq və müasir dəyərlərə açıq yanaşmanın uyğunlaşdırılması modeli çox maraqlıdır. Düşünürəm ki, dünyanın bir çox nöqtələrində nümunə ola biləcək unikal model mövcuddur.

Mən cavab səfərinə ümidvaram. Növbtəti ay Azərbaycandan olan böyük biznes nümayəndə heyəti İsraildə olacaq.

- Azərbaycanla İsrail arasında viza rejiminin ləvğ edilməsi nə dərəcədə realdır?

- Hər şeyi təbii və düzgün tempdə etmək lazımdır. Nəyi isə gecikdirmək, süni şəkildə sürətləndirmək olmaz. Hazırda biz viza rejiminin diplomatik və xidməti pasportlara sahib olan şəxslər üçün ləvğ ediməsini müzakirə edirik. Daha sonra nə baş verəcəyi gələcəkdə bilinəcək.

- İsrail və Azərbaycan alternativ enerji mənbələrindən istifadə sahəsində əməkdaşlıq etmək barədə razılığa gəliblər. Bu sahədə nə kimi layihələr planlaşdırılır, bu layihələr hansı müddətdə və harada reallaşacaq?

- Biz bir neçə layihəni müzakirə etmişik. Günəş enerjisi, su resursları menecmeti, çirkab sularının təmizlənməsi və təmizləyici qurğular sahəsində İsrail ən qabaqcıl dövlətlərdən biridir.

Yüksək səviyyədə prinsipial bəyənilmə əldə edilib. Artıq Azərbaycandan olan böyük biznes nümayəndə heyətinin gəlişi üzrə israilli tərədaşlarla danışıqlar aparılacaq. Düşünürəm ki, 3-4 ay müddətində biz bu əməkdaşlığın müvəqqəti çərçivələrini, obyektlərini və həcmlərini müəyyən edəcəyik.

-Ermənistan yəhudi icmasının rəhbəri Rimma Varjapetyan İsrail nəşrinə verdiyi müsahibədə Azərbaycanda yəhudilərin hüquqlarının məhdudlaşdırıldığını bildirib. Siz bu cür faktla qarşılaşdınızmı?

- Mən çox sıx əlaqələri dəstəklədiyim İsrail yəhudiləri adından, yaxud son nəticədə Moldova icması adından danışa bilərəm. Azərbaycana gəlincə, Azərbaycan yəhudi icmasının rəhbəri adından danışa bilərəm, bunu daha mehriban münasibətlər və daha səmimi sözlərlə təsvir etmək çətindir. Buna görə də bu mənim bura birinci gəlişim deyil və mənim burada olduqca çox dostum var, mənim təəssüratlarım budur ki, dini ayinlərə və yəhudi tərbiyəsinə riayət etmək üçün daha optimal şəraiti təsəvvür etmək çətindir. Buna görə də mənə elə gəlir ki, yəhudi cəmiyyətinin daxili əlaqələrini dövlətlərarası əlaqələrlə qarışdırmaq olmaz. Biz azərbaycanlıların yəhudilərə olan isti və mehriban münasibətindən başqa heç nə görməmişik və eşitməmişik.

Bütün dünyada dövlətlərin böyük əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bizim mövqeyimiz isə belədir: biz ərazi bütövlüyünə hörmət edirik və hesab edirik ki, bütün mübahisələr ATƏT-in Minsk qrupunun razılığı çərçivəsində həll edilməlidir. Ümid edirik ki, yaxın zamanlarda irəliləyiş əldə ediləcək.

-Ölkələr arasındakı enerji əməkdaşlığı hansı səviyyədədir?Azərbaycandan İsrailə hansı həcmdə neft idxal edilir?

- Azərbaycan İsrailə neft tədarük edən əsas dövlətlərdən biridir. Qaza gəlincə isə, bizim qaz kəmərimiz olmadığı üçün və maye qaz kifayət qədər istifadə edilmədiyi üçün, təəssüf ki, qaz tədarükü barədə danımaq hələlik tezdir. Ya qaz kəməri tikilməlidir, ya da qazın sıxılması üzrə xüsusi zavod yaradılmalıdır. Buna görə də hesab edirəm ki, bu çox çətin məsələdir.

Neftə gəlincə, əməkdaşlığımız çox uğurludur və biz Azərbaycanı uğurlu və ciddi tərəfdaş hesab edirik.

- İsrailin Türkiyə ilə əlaqələrindəki soyuqluq Azərbaycan-İsrail əlaqələrinə nə dərəcədə təsir edə bilər?

- Mən Türkiyənin Azərbaycanla və İsraillə əlaqələri barəsində heç bir ziddiyyət görmürəm. Bizim Türkiyə ilə əlaqələrimizə "ümumdünya soyuqluq" çərçivəsində baxmaq lazımdır. Ümid edirik ki, Türkiyə ilə münasibətlərimiz əvvəlki vəziyyətinə qayıdacaq. Biz son yaranan böhranların təşəbbüskarı olmamışıq və ümid edirəm ki, bunlar dəf ediləcək.

- Azərbaycanda keçirdiyiniz görüşlərdə İrandakı vəziyyət müzakirə edilibmi?

- İran artıq regional problem deyil, bunu artıq regional miqyasda həll etmək olmaz. Avropa səfirliklərinə qarşı etiraz, Əhmədinejadın bugünkü bəyanatı Rusiyanın XİN-ə və ABŞ Prezidentinə ziddir.

Srağagün Prezident Obamanın açıq-aydın bəyanatları olub. Mənə elə gəlir ki, bu problem başqa səviyyədədir və onu regional adlandırmaq olmaz.

- Gələcəkdə hansı ikitərəfli səfərlər gözlənilir?

- Bir sıra nazirlər və nümayəndə heyətləri İsrailə gəlməlidirlər. Düşünürəm ki, bu il bir çox nazirlərin, biznes nümayəndə heyətlərinin səfərləri olacaq. Bundan əlavə, mədəniyyət mübadiləsi aparılacaq, parlament görüşləri keçiriləcək. Təhsil naziri Misir Mərdənov İsrailə səfər etməlidir. Buna görə də 2010-cu ildə ikitərəfli səfərlərdə çatışmazlıq olmayacaq.

- Azərbaycanın İsrail-Fələstin münaqişəsində vasitəçi olmaq kimi fikir mövcuddur. Gündəlikdə belə bir məsələ varmı?

- Birincisi, Azərbaycanın bizim regionda Fələstin Muxtariyyəti, İordaniya da daxil olmaqla bütün dövlətlərlə yaxşı münasibətləri var. Bununla yanaşı, biz böyük təcrübəyə malikik və bütün sülh sazişləri vasitəçilərlə yox, birbaşa danışıqlar nəticəsində əldə edilib, xüsusilə də Misir və İordaniya ilə.

Ümid edirəm ki, bu ayın sonunadək senator Mitçelin vasitəçiliyi ilə fələstinlilərlə birbaşa olmayan danışıqlara, bir ay müddətində isə birbaşa danışıqlara başlanacaq. İki tərəf arasında birbaşa danışıqların alternativi yoxdur. Hesab edirik ki, birbaşa olmayan danışıqlara imkan daxilində tez başlamaq lazımdır.

Xəbər lenti

Xəbər lenti