...

Elmar Məmmədyarov ABŞ Konqresinin Aparatının bir qrup məsul nümayəndələrini qəbul edib

Siyasət Materials 16 Fevral 2010 01:38 (UTC +04:00)
Azərbaycan Respublikasının Xarici Işlər Naziri Elmar Məmmədyarov ABŞ Konqresinin Aparatının bir qrup məsul nümayəndələrini qəbul etmişdir. Bu barədə bazar ertəsi Xarici Işlər Nazirliyinin mətbuat xidməti xəbər verib.
Elmar Məmmədyarov ABŞ Konqresinin Aparatının bir qrup məsul nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Xarici Işlər Naziri Elmar Məmmədyarov ABŞ Konqresinin Aparatının bir qrup məsul nümayəndələrini qəbul etmişdir. Bu barədə bazar ertəsi Xarici Işlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Görüş zamanı nazir E.Məmmədyarov Azərbaycanda və regionda cərəyan edən proseslər barəsində qonaqlara ətraflı məlumat vermişdir. Azərbaycanın regionun gənc demokratiyası olduğunu vurğulayaraq ölkədə gedən demokratik inkişaf prosesi və sosial-iqtisadi nailiyyətlər barədə danışmışdır.

Ölkənin ən böyük probleminin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını bildirən nazir E.Məmmədyarov münaqişənin həlli prosesi barədə məlumat vermiş, regionda sülh və sabitliyin təmin olunması üçün işğalçı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılmasının, Azərbaycanın ərazi bütövlüyünün bərpasının və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının vacibliyini qeyd etmişdir.

Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olduğunu vurğulayan nazir E.Məmmədyarov, ölkəmizin mühüm regional və qlobal layihələrdə iştirak etdiyini və beynəlxalq arenada öz sözünü deməyə qadir olan dövlətə çevrildiyini qonaqların nəzərinə çatdırmışdır.

Beynəlxalq təhlükəsizlik sisteminin məsul iştirakçısı kimi Azərbaycanın bu prosesə mühüm töhfə verdiyini diqqətə çatdıran nazir E.Məmmədyarov, bu gün Azərbaycan sülhməramlılarının Əfqanıstanda, bundan öncə isə Kosovo və İraqda xidmət etdiyini demişdir.

ABŞ-Azərbaycan münasibətlərinə toxunaraq nazir E.Məmmədyarov onların hazırkı vəziyyəti  və inkişaf perspektivlərindən danışmışdır. ABŞ Konqresində Ermənistan-Azərbaycan münaqişəsi və ümumilikdə regiondakı vəziyyət barədə real və dəqiq məlumatların yayılmasının əhəmiyyətini qeyd edən nazir E.Məmmədyarov, konqresmenlərin bu məsələyə yanaşmalarında beynəlxalq hüquq norma və prinsiplərinə söykənmələri vacibliyini vurğulamışdır.

Görüşün sonunda Nazir E.Məmmədyarov qonaqların çoxsaylı suallarını cavablandırmışdır. 

Xəbər lenti

Xəbər lenti