...

Avropa Şurası Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Fəaliyyət Planını müzakirə edəcək

Siyasət Materials 16 Fevral 2010 09:25 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsində (NK) Azərbaycanda 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiöncəsi Fəaliyyət Planının martda müzakirəsi gözlənilir. Bu barədə Trend News-a bazar ertəsi Avropa Şurasının İnsan Hüquqları və Hüquqi İşlər Direktorluğunun Əməkdaşlıq Proqramları diviziyasının rəhbəri xanım Anna Kapello-Briya (Anna Capello-Brillat) məlumat verib.
Avropa Şurası Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Fəaliyyət Planını müzakirə edəcək

Fransa, Strasburq, 15 fevral / Trend , müxbir A.Məhərrəmli/

Avropa Şurası Nazirlər Komitəsində (NK) Azərbaycanda 2010-cu ildə keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiöncəsi Fəaliyyət Planının martda müzakirəsi gözlənilir. Bu barədə Trend -a bazar ertəsi Avropa Şurasının İnsan Hüquqları və Hüquqi İşlər Direktorluğunun Əməkdaşlıq Proqramları diviziyasının rəhbəri xanım Anna Kapello-Briya (Anna Capello-Brillat) məlumat verib.

Azərbaycanda bu ilin sonu parlament seçkisinin keçirilməsi nəzərdə tutulur.

Məlumatda bildirilir ki, hazırda NK-ya təqdim ediləcək Fəaliyyət Planının məzmunu üzərində iş gedir. Fəaliyyət Planı əvvəlcə qurumun demokratiya üzrə məruzəçilər qrupunda müzakirə ediləcək.

Fəaliyyət Planının əsas xətti seçki administrasiyasının formalaşdırılması, seçki qanunvericiliyinin həyata keçirilməsi qaydaları, seçki kampaniyasında medianın rolu, eləcə də seçkilərin rolu və keçirilməsinə dair seçicilərin məlumatlandırılmasından ibarətdir.

Bundan əlavə, bu çərçivədə həyata keçiriləcək layihədə Bakıda və əyalətlərdə treninq sessiyaları, dəyirmi masalar və konfransların keçirilməsi də nəzərdə tutulur.

"Avropa Şurası seçkilərin təşkilində Azərbaycan hakimiyyət qurumlarının, o cümlədən Milli Məclisin təklif və tövsiyələrinə uyğun iştirak edəcək", - məlumatda bildirilir.

AŞ İnsan Hüquqları və Hüquqi İşlər Direktorluğunun Əməkdaşlıq Proqramları diviziyasının rəhbəri xanım Anna Kapello-Briya seçkiöncəsi Fəaliyyət Proqramına dair müzakirələrin aparılması və Azərbaycan rəsmiləri ilə görüşlərin keçirilməsi məqsədilə yanvarın 26-27-də Azərbaycana səfər edib.

Xəbər lenti

Xəbər lenti