...

Küveytdə "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilib

Siyasət Materials 18 Fevral 2010 18:28 (UTC +04:00)
Bu il fevral ayının 17-də Küveytin LoYAC (Youth Achievement Center) gənclər təşkilatının qərargahında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilib.
Küveytdə "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 18 fevral / Trend /

Bu il fevral ayının 17-də Küveytin LoYAC (Youth Achievement Center) gənclər təşkilatının qərargahında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının təqdimatı keçirilib. Bu barədə Trend -a Azərabycan XİN-dən daxil olan məlumatda bildirilib.

Məlumatda qeyd olunur ki, "Xocalıya Ədalət" kampaniyasının petisiyası imzalanıb və Xocalı qətliamının 18-ci ildönümü münasibətilə "Xocalı uşaqların gözü ilə" şəkil sərgisi təşkil olunub.

"Xocalıya ədalət" kampaniyası adı altında keçirilmiş tədbir Küveytin aparıcı telekanallarından olan "Əl-Vətən" kanalı və "Kuwait Times", "Əl-Ğabas", "Əl-Ray", "Əl-Cərid" qəzetləri tərəfindən işıqlandırılıb.

Xəbər lenti

Xəbər lenti